22.09.2024, 05:38
AZ EN
26.03.2023, 09:00 177

Laçının qartal övladı

XƏBƏRLƏR

Bahadurlu Pərviz Əfqan oğlu 10 aprel 1994-cü ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, 2000-ci ildə Yasamal rayonunda fəaliyyət göstərən Ağdam rayon 88 sayı tam orta məktəbin birinci sinfinə qəbul olunmuş, 2003-cü ildə yaşayış yerini dəyişdiyi üçün 2004 -cü ildə Qubadlı rayon Xanlıq kənd 3 saylı tam orta məktəbi 2011-ci ildə bitirib. O, 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, hərbi hava qüvvələrində xidmət etmişdir. Pərviz 2013-cü ilin oktyabr ayında tərxis olunsa da 2015-ci ildə Sərhəd xidmətinin Çevik Briqadasında MAHHXHQ kimi işə qəbul olunmuşdur. 2018-ci ildə çavuş kimi ehtiyata buraxılan B.Bahadurlu 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq Sülhməramlı Qüvvələrinin tərkibində Laçın rayonunu istiqamətində döyüşlərə qatılıb. 31 dekabr 2020-ci ildə hərbi xidmətdən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər