Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixinə qanla yazılmış Xocalı faciəsindən danışıb. Bildirib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya - insanlığa qarşı bir cinayət aktıdır.
Dəyirmi masada çıxış edənlər Xocalı faciəsi ilə bağlı dəhşətli xatirələrini iştirakçılarla bölüşüblər. O, qanlı gecədən 31il keçməsinə baxmayaraq, Xocalı qətliamının unudulmaz yaralarla yadaşlarına hopduğunu bildiriblər.
Natiqlər Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış mühüm dövlət sənədlərinin tarixi əhəmiyyətini xüsusi olaraq qeyd ediblər.
Ölkə başçısı cənab İlham Əliyevin Xocalı faciəsinin əsl mahiyyəti və erməni terrorizminin acı nəticələri ilə bağlı beynəlxalq aləmdə apardığı ədalətli siyasət, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məqsədyönlü işlər bu baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və heç bir zaman unutmayacaqdır!
Mina RƏŞİD