29.03.2024, 13:54
AZ EN
23.04.2022, 17:40 786

24 Aprel barədə əsl həqiqət nədən ibarətdir?

XƏBƏRLƏR
  • 24 aprel günü Birinci Dünya Müharibəsində – 1915-ci ildə xüsusilə yunan, fransız, ingilis, rus ordularının hücumlarına məruz qalan Osmanlının həmin xarici müdaxiləçilərə dəstək məqsədilə ölkə daxilində ixtişaş və üsyanlar törədən, bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən erməni millətçilərinə, erməni separatçılarına, erməni faşistlərinə “DUR!” dediyi gündür. Həmin gün üsyan və terrorun təşkilatçıları olduğu təsbit edilən erməni komitə rəhbərləri həbs edilmişdir. Həbs olunan “erməni liderlər” arasında 1908-ci ildə II Məşrutiyyət Məclisində Kozan millət vəkili Hambarsum Boyaçıyan Murad, Ərzurum millət vəkili Qaregin Basdırmaçıyan Armen Qaro, Van millət vəkili Vahan Papazyan və b. var idi.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli belə deyib. O qeyd edib ki,  bu, erməni separatçılarına ağır zərbə olsa da, dərs olmamış, azadlıqda qalan erməni “liderlər” öz əməllərini davam etdirmişlər. Xüsusilə ermənilərin nisbətən kompakt yaşadığı ərazilərdə üsyanların təhlükəli şəkil aldığını görən Osmanlı dövləti 1915-ci il mayın 14-də “Tərcih qanunu” adlanan və bu bölgələrdən erməni əhalinin ölkənin başqa bölgələrinə köçürülməsini nəzərdə tutan qərar qəbul edir. Əslində, bu erməni əhalinin təhlükəli bölgələrdən uzaqlaşdırılması baxımından onların xeyrinə olan bir qərar idi.

Halbuki bu hadisəyə qədər də Osmanlı dövlət rəsmiləri erməniləri xəyanətkar mövqedən çəkindirmək üçün dəfələrlə cəhdlər etmişdi. Məsələn, Osmanlının o vaxtkı Hərbiyyə naziri Ənvər paşa erməni patriarxı ilə görüşərək arxa cəbhədə qarışıqlıq yaradan erməni komitəçilərini xəbərdar etməsini, onların başçılarını hökumətə təhvil verməsini tələb etmişdi, lakin erməni kilsəsi Ənvər paşanın bu tələbinə əhəmiyyət verməmişdi. Bu da təbii idi, çünki həmişəki kimi, yenə də erməni terrorçularının ilham mənbəyi elə erməni kilsəsinin özü idi.

Həmin vaxt Ənvər paşa ABŞ-nın Osmanlıdakı səfiri Henri Morgentau ilə görüşərək ona demişdir: “Düşmənlərimizlə birləşəcəkləri təqdirdə başlarına nələr gələcəyi barədə erməniləri xəbərdar etmişdim. Üç ay əvvəl erməni patriarxını çağırdım və ona əgər ermənilər üsyana başlasalar və ya ruslara kömək etsələr, başlarına gələcək fəlakətdən onları qorumağa gücüm çatmayacağını bildirdim. Xəbərdarlığımın heç bir təsiri olmadı. Ermənilər hərəkətə keçdilər və Rusiyadan kömək aldılar. Vanda nələr baş verdiyini bilirsiniz. Ermənilər Vanda vilayəti ələ keçirdilər, hökumət binalarına bomba atdılar və çoxlu müsəlman öldürdülər. Başqa yerlərdə də üsyan planlaşdırdıqlarını bilirik. Başa düşməlisiniz ki, Çanaqqalada həyatımız üçün vuruşuruq, minlərlə insan bu yolda canını verir. Belə bir çarpışmaya girərkən öz yurdumuzda bizi arxadan vurmağa heç kimə imkan vermərik. Hansı vasitəyə əl atırlar-atsınlar, bunun qarşısını alacağıq. Qəti bir həqiqətdir ki, mən erməni xalqına qarşı deyiləm. Ən çox arzuladığım şey ermənilərin ulusumuzun əsl üzvü olmalarıdır”.

Lakin bütün bu xəbərdarlıqların, hətta köçürmə qərarının ermənilərə heç bir xeyri olmadı və onlar düşmən cəbhədə mövqe turaraq türk-müsəlman əhaliyə qarşı soyqırımını davam etdirdilər.

Budur əsl həqiqət!

Lakin Ermənistan siyasi rəhbərliyi, erməni ictimaiyyəti 100 ildən çoxdur qondarma “erməni soyqırımı”nın əsiri olaraq qalmaqdadır. Bir tərəfdən Türkiyəyə yalvarırlar ki, Ermənistana qapıları açsın, digər tərəfdən “erməni soyqırımı” deyib bağırırlar, Türkiyəyə ərazi iddialarından əl çəkmirlər.

Anlayırlar ki, Türkiyə ilə, Azərbaycanla normal münasibətlər qurmadan bölgədə mövcud ola bilməzlər, lakin erməni xisləti onları adam olmağa qoymur ki, qoymur. Qoymayacaq da! Bunu hər kəs birdəfəlik bilməlidir! (https://xeber24.az)

Oxşar xəbərlər