1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı soyqırımı, həmçinin doğma Ağdamın işğalı zamanı azyaşlı olsa da məcburi köçkün həyatının nə olduğunu çox yaxşı öyrəndi. Bu hadisələr onun həyatında mühüm rol oynadı. Eldəniz Vidadi oğlu Nayıbov 19 avqust 1990-cı ildə Ağdam rayonunun Tərneft kəndində anadan olmuşdur. İşğaldan sonra ailəsi Xırdalan şəhərində məskunlaşmışdır. O, Xırdalan şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 20 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetində təhsilini davam etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. İkinci Qarabağ savaşında Eldəniz gənc leytenant kimi döyüşə başlayır. Xocavənd, Cəbrayıl və Füzuli uğrunda döyüşüb əsl qəhrəmanlıq göstərmişdir. Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb, III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə E.Nayıbov "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
İsa Musayev