Çıxış edənlər belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun milli-mənəvi dəyərləridir və bu dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir. Xalqımız hər zaman öz keçmişinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olub. Vətənpərvərlik böyük məhfumdur. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilməlidir.
Həmçinin qeyd olunub ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərib, Respublikaya rəhbərlik etdiyi dövrlərdə yeniyetmə və gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir.
Hazırladı: Mina RƏŞİD