20.10.2024, 07:55
AZ EN
05.04.2023, 18:34 259

Xəzər İbrahim ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb

XƏBƏRLƏR
  • O, Zəngilanda doğulsa da, o gözəl yurd yerləri haqqında ancaq sonralar, böyüyəndən sonra məlumatları öyrəndi. Həkəri çayının sağ sahilində, münbit torpağı olan Rəbənd kəndində dünyaya gəlmişdir. Qəhrəmanımız Nəvai İmamverdi oğlu Bayramovdur. 18 iyun 1992-ci ildə anadan olan Nəvai rayonun işğalı ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Abşeron rayonunun, Xırdalan şəhərində məskunlaşmışdır. Burada Xırdalan şəhər 5 saylı tam orta məktəbdə orta təhsil almışdır.

Sonra Nəvai Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxumuş, həyatını bütövlükdə ölkəmizin müdafiəsinə bağlamışdır. Həqiqi hərbi xidmət keçən N.Bayramov Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət keçmişdir. O, XTQ-nin kapitanı kimi 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli, Murovdağ, Kəlbəcər istiqamətində şərəfli bir döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. 9 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanmışdır. İkinci dərəcəli əlil olan qəhrəmanımız Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləyir.

İsa Musayev

Oxşar xəbərlər