31.05.2025, 06:20
AZ EN
03.05.2025, 16:59 137

"Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon mərhələsi keçirilib

XƏBƏRLƏR
  • Mayın 3-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib.

Olimpiadanın ilkin mərhələsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 357 şagird iştirak edib.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sualın cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər