- Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 59-cu günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.
Hazırda havanın tempraturu -3 dərəcədir. (APA)