1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir.
1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini yüksək səviyyədə bitirərək leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə təlim keçdikdən sonra Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.
2016-cı ildə təqaüdə çıxmışdır.
2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.
Vüqar Ağayev bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak etmişdir.
2020-ci noyabrın1-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ön xəttə irəliləyərkən qəhrəmancasına şəhid şəhid olmuşdur. Bakı şəhər 2-ci Fəxri Xiyabanda böyük ehtiram və izdihamla dəfn edilmişdir.
Mayor Ağayev Vüqar Əhməd oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı", “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ