11.03.2025, 07:15
AZ EN
23.02.2023, 14:29 340

Adına layiq qazi

XƏBƏRLƏR

Füzuli rayonunun ən böyük kəndi olan Böyük Bəhmənli kəndində 28 sentyabr 1983-cü ildə Rəftar kişinin ailəsində dünyaya gələn oğlan uşağına Mübariz adı qoyuldu. Ata-anasının sevincinin həddi-hüdudu yox idi.  O , böyüdü Füzuli rayonu, Böyük Bəhmənli kənd 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil oldu. Mübariz orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmətini Quru Qoşunlarında başa vurdu. Lakin bir çavuş kimi fikri həmişə torpaqlarımızın yağı tapdağından azad olunması gününün tezliklə çatması idi. Hamı kimi onun da gözlədiyi zaman yetişdi. M.Məmmədov 44 günlük Vətən müharibəsində Quru Qoşunlarının tərkibində döyüşə başladı. Cəsur çavuş Füzuli, Xocavənd, Şuşa uğrunda gedən ağır döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Yorulmaq bilmədən gecə-gündüz komandirləri və döyüş dostları ilə birlikdə düşmənin hərbi texnika və canlı qüvvəsini məhv edirdilər. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Amma Mübariz Xocavənd və Şuşanın alınmasında da iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər