22.11.2024, 01:41
AZ EN
09.02.2023, 12:31 356

Qarabağ rəqəmsal geoinformasiya sisteminə minalardan təmizlənmiş ərazilər haqqında məlumatlar daxil edilib

XƏBƏRLƏR
  • Qarabağ rəqəmsal geoinformasiya sisteminə minalardan təmizlənmiş ərazilər, kənd təsərrüfatı fəaliyyəti üçün yararlı ərazilər və daşınmaz əmlak obyektləri haqqında məlumatlar daxil edilib.

Bu barədə bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sistemə həmçinin işğaldan azad edilmiş ərazilərdəki evlər və digər yaşayış, qeyri-yaşayış obyektləri haqqında məlumatlar da inteqrasiya olunur.

"Həmçinin bu sistemdə daşınmaz əmlak obyektlərinin 3D təsviri əks olunub, məlumatların rəqəmsallaşdırılması və inteqrasiyası üzrə işlər davam edir", - o vurğulayıb.

M.Eynullayev bu platformaya 32 dövlət strukturunun məlumatlarının inteqrasiya olunduğunu əlavə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR