21.09.2024, 18:17
AZ EN
28.09.2023, 19:11 271

Qəhrəman əsgər

XƏBƏRLƏR

Hamı kimi onun da arzusu Vətən torpağının azad olunması idi. Uzun müddətdən sonra arzular gerçəkləşdi. Bu müqəddəs amal uğrunda savaşan o oğullardan biri də Musa Sübhan oğlu Mürsəlov idi. O, 26 avqust 1998-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olmuşdur. Orta təhsilini Dondar Quşçu kənd tam orta məktəbində almışdır. Sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsi başlayanda Musa bir əsgər kimi silaha sarıldı. O, Şuşada döyüşmüş, böyük qəhrəmanlıq göstərmişdir. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları verilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər