Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məlumatında bildirilib ki,
Cəbrayıl rayonu 9 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Qafarova Nuray Vüsal qızı kimya fənni üzrə qızıl medal;
Qubadlı rayonu Fərrux Mehdiyev adına Qaralar kənd tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Tağızadə Ömər Hikmət oğlu biologiya fənni üzrə qızıl medal;
Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Quluzadə Nuray Fərid qızı kimya fənni üzrə bürünc medal;
Laçın rayonu Pənah Məmmədov adına 46 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Cahangirzadə Nurlan Nəriman oğlu təbiət fənni üzrə bürünc medal layiq görülüblər.
Qalib şagirdlərimizi təbrik edir, hər birinə böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ