24.06.2025, 19:02
AZ EN
07.02.2023, 12:58 427

Canım Vətənə fədadır

XƏBƏRLƏR

Əslən Kəlbəcər rayonunun İstibulaq kəndindən olan Mayılov Kənan Vaqif oğlu 1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2002-ci ilin sentyabrında 9 saylı tam orta məktəbinə daxil olub, 2013-cü ildə tam orta məktəbi bitirib. Kənan 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci ildə ordu sıralarından tərxis olunub. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Onun dediyinə görə Tərtər, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 6-da yaralanıb, kəllə-beyin travması alıb. Lakin döyüşdən ayrılmayıb. O, ən çətin yerlərdə, 9-cu və 7-ci mövqelərdə vuruşub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Hazırda Prezident təqaüdçüsüdür.

İsa Musayev

Oxşar xəbərlər