Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. (Report)