22.11.2024, 12:18
AZ EN
16.07.2024, 12:19 306

Bahar Muradova: Media nümayəndələri ailə məsələləri və uşaq hüquqlarına xüsusi önəm verməlidir

XƏBƏRLƏR
  • Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına, bununla bağlı qanunvericiliyə xüsusi önəm verməlidir.

Bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Media və uşaq hüquqları" dərs vəsaitinin təqdimatında deyib.

Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir:

"Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir". (Report)

Oxşar xəbərlər