Xidmətdən bildirilib ki, Naxçıvan MR, Şəmkir, Samux, Göygöl, Gədəbəy, Oğuz, Şamaxı, Şirvan, Ağsu, Qəbələ, İsmayıllı, Salyan, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Siyəzən, Ağdam, Ağcabədi, İmişli, Zərdab, Kürdəmir, Beyləqan, Saatlı, Sabirabad, Göyçay, Ucar, Ağdaş, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Şuşa, Xocavənd, Xankəndi, Ağdərə, Cəbrayıl, Qubadlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Şəki, Balakən, Qax, Zaqatala, Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Yevlax, Bərdə, Tərtər, Gəncə, Qazax, Ağstafa, Tovuz, Qobustan, Neftçala, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək. (Report)