“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Xankəndi şəhər sakini İlham Lələyev deyib.
O, 32 ildən sonra öz doğma yurduna qayıtdığını bildirib: “Seçkidə iştirak vətəndaşlıq borcumuzdur. Mütləq səsvermədə iştirak edəcəyəm. Biz doğma şəhərimizdə səs verəcəyimizə görə sevinir və buna görə təşəkkür edirik”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.