Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, şəhid ailələri Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə Ankaradadırlar.
"Azərbaycandan gələn qəhrəman şəhidlərimizin dəyərli yaxınları İdarəetmə Xidmətləri Baş İdarəsi tərəfindən Ankarada qəbul ediliblər", - deyə nazirliyin paylaşımında bildirilir.
Günel QULİYEVA