Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 47-yə çatıb.
Bu, bir daha onu göstərir ki, ekoloji aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (AZƏRTAC)