Bu günlərdə Qərbi Azərbaycanın Vedi rayonunun Gilənar kəndindən olan bir qrup sakinin Azərbaycan televiziyasına müsahibəsində də bunu hiss etmək çətin deyil.
Abasqulu Həsənov deyir ki, indi bax, bu saat desələr ki, o torpaqlara, kəndimizə gedirik, həmin anda dizin-dizin gedərəm. Hələ oranın odu, suyu, havası mənim burnumdadı...
Cəbrayıl İsmayılov Gilənarın çox gözəl kənd olduğunu söyləyir. Deyir ki, kənddə buz bulaqlar vardı, o dörd bulaq bir çay əmələ gətirmişdi. Həmin çayın üzərində iki dəyirman tikilmişdi. Həmin o dərirmanlar müharibə dövründə camaatın əlindən tutdu... Kəndlərimizə ermənilər yerləşdirildi. Müxtəlif illərdə işgəncələrə məruz qaldıq.
Türman Həsənov da azərbaycanlılara edilən zülmlərdən danışdı. Dedi ki, 1918-ci ildə insanları aldadıb bir tikiliyə yığıblar ki, güya aramızda sülh yaratmağa çalışırlar. Həmin soydaşlarımızı toplu şəklində yandırmışdılar. Erməni cəlladları uşaqlarımızı borulara doldurub ağızlarını qaynaq edərək, körpələrin gözlərini çıxararaq bizə min bir zülm edirdilər...
Saleh Həsənov da erməni kəndlərindən gələrək onların ərazilərində ot tayalarına od vuraraq, düşmən basqınlarından danışdı: “Hamıdan silahı yığmışdılar. Cəmi bircə nəfərdə silah qalmışdı”. Amma neyləsələr də o torpaqlar bizimkidi, onlar sonradan məcburi bizim torpaqlarımızda yerəşdiriliblər, deyir.
Sakinlər ötən acı xatirələri paylaşsalar da, gözlərində bir ümid parlayır. İndi onların ən böyük arzusu doğma yurdlarına qovuşmaqdır.
Mina RƏŞİD