20.10.2024, 09:52
AZ EN
18.03.2024, 08:05 245

Raqub Cənnətəliyev: Füzulini tərk edəndə uşaq idim, indi oğlum həmin yaşda ora qayıdır

XƏBƏRLƏR
  • Füzulini tərk edəndə yaşım az idi. İndi ailəmiz, övladımız var.

Bunu Füzuliyə köçən keçmiş məcburi köçkün Raqub Cənnətəliyev jurnalistlərə deyib.

“Mən oranı tərk edəndə indiki oğlum boyda idim. Maşallah indi oğlum həmin yaşda ora qayıdır. Dünyaya gəldiyin yer təbii ki, səni özünə çəkir”, - o deyib.

Raqub Cənnətəliyev Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Bu günümüzə şükür. Allah Prezidentimizə can sağlığı versin. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Prezidentimiz İlham Əliyev sakinlərin öz yurdlarına qayıtmalarına hər cür şərait yaradıb. Dövlət başçımıza Füzuli sakinləri adından minnətdarlığımızı bildiririk”. (Report)

Oxşar xəbərlər