Bugünkü buraxılış Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, filologiya elmlər doktoru, professor Mahirə Hüseynovanın həyat hekayəsinə həsr olunub.
O, Qərbi Azərbaycanın tanınmış ziyalılarından biri kimi, indiki Ermənistanın, o cümlədən qədim oğuz-türk yurdu olan Dərələyəz mahalının tarixi, toponimləri, etnik tərkibi, ermənilərin oraya gəlişi ilə bağlı maraqlı faktlar açıqlayıb.
Professor ermənilərin tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, mənfur düşmənin Dərələyəzdə insanlara qarşı vəhşi hərəkətlərindən, erməni məkrindən söz açıb.
M.Hüseynova Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında ziyalılarla keçirdiyi görüşdə qarşıya qoyduğu vəzifələri xatırladıb, torpağa bağlılıq, Vətəni sevmək, doğma yurdu boş qoymamaq üçün əzəli torpaqlarımıza qayıdacağımıza əminliyini bildirib.
Mahirə Hüseynovanın “Həyat hekayəsi”nə "Baku Tv"nin yutub səhifəsində baxa bilərsiniz.("Report")