İcra başçısı əvvəlcə cənab Prezident İlham Əliyevin yanvar ayında ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən danışıb, daha sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı rayon sakinlərinə ətraflı məlumat verib.
Sonra səyyar görüşdə iştirak edən sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Səyyar görüş-qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD