Bu barədə Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Laçın- Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində keçirilən aksiyanı xarici KİV nümayəndələri və tanınmış bloger müşahidə edirlər.
Belə ki, kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) hazırda aksiyanın keçirilmə səbəbləri baradə məlumat əldə edir, çəklişlər aparırlar.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir. (Trend)