Tədbirdə əvvəlcə Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər 20 yanvar hadisələri baş verən zaman Moskvada xüsusi nəzarətdə olan, heç bir vəzifə səlahiyyəti olmayan ancaq ürəyi xalqı ilə döyünən Ulu Öndərimiz Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada xalqımıza qarşı yabançı siyasəti tənqid etməsindən, həmçinin Azərbaycan hökumətinin yüksək vəzifə sahiblərini öz xalqına qarşı etinasızlıqda günahlandırmasından bəhs ediblər. Sonra Ümummilli lider Heydər Əliyevin 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman diqqətlə yanaşmasından söhbət açıblar. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də, məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunması, həmçinin Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidləri” fəxri adının verilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Hazırladı: Mina RƏŞİD