O, 2006-cı ildə kənddəki orta məktəbi bitirib həmin ilin oktyabrında hərbi xidmətə çağırılıb. N saylı hərbi hissənin Kəşfiyyat bölüyündə xidmət edən Soltan tərxis olunduqdan sonra mühafizəçi işləyib. 2014-cü ildən müddətdən artıq hərbi xidmətə başlayıb və kəşfiyyatçı olub. 2016-cı ilin aprel döyüşlərində Goranboy rayonu Yanıqdaş istiqamətində iştirak edən S.Cəfərov Vətən müharibəsi başlayan ilk günlərdən Murovdağ, Gülüstan, Talışkənd və Suqovuşan istiqamətlərində döyüşüb. İki dəfə ağır zədə alsa da döyüş bölgəsini tərk etməyib. Soltan bildirdi ki, ən ağır döyüşümüz sentyabrın 29-da Gülüstan istiqamətində oldu. Həmin döyüşdə düşmənin səngərinə girdik və 9 nəfər şəhid verdik, 4 nəfər yaralandı. Döyüş dostlarım Maşıyev Asəf, Babayev Ramil, Əliyev İbrahim, Abbasov Aysənan və başqaları ilə birlikdə əsil qəhrəmanlıqla döyüşürdük.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Cəsur döyüşçü», «Suqovuşanın azad olunmasına görə», «İgidliyə görə», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunub.
İsa MUSAYEV