16.04.2025, 12:26
AZ EN
12.01.2023, 13:07 377

Biz Laçına gedirik, başa düşürsünüz...

XƏBƏRLƏR
  • Bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlanılır. 2023-də Böyük Qayıdışın ilk addımlarından biri Laçın olacaq. Prezident İlham Əliyevdən bunu eşidən laçınlılar sevinc göz yaşlarına qərq olub.

Laçın sakini Elnarə Vəliyeva deyir ki, xəbəri eşidər-eşitməz özümü ata-baba yurdunda hiss etdim. Bütün laçınlılar, uşaqdan böyüyə hamı səbirsizliklə gözləyir ki, biz nə vaxt qayıdacağıq. Müəllim kimi Laçına getmək də bizə bir başqa qürur verir. İnşallah, tezliklə biz Laçında bitən nemətlərindən istifadə edəcəyik.

Çox böyük sevinc və qürur hissi ilə Laçına gedəcəkləri günü  səbirsizliklə gözləyənlərdən biri də Gülnar Şirəliyeva və Rüzgar Quliyevadır.

Gülnar Şirəliyeva isə sevincini belə  ifadə edir: “Bu gün biz laçınlı olaraq çox xoşbəxtik. Çünki biz Laçına gedirik, başa düşürsünüz... Yəni, bu, inanılmaz bir şey idi. Amma biz gedirik, biz yaşamaq üçün, yaratmaq üçün lazımi vaxtı səbirsizliklə gözləyirik.

“Bunu sözlə ifadə eləmək çox çətindir. Cənab Prezidentimizin çıxışına baxdıq, hamımız hədsiz sevinc hissi yaşadıq. Biz həmin günü böyük səbirsizliklə gözləyirik. 1992-ci ildə biz Laçında çıxanda uşaqların balacasının 2 yaşı vardı, indi isə 32 yaşı var, hamısı ailəlidirlər. Biz Laçından çıxanda 5 nəfər idik, indi 12-13 nəfərlə qayıdacağıq”,- Laçın sakini Rüzgar Quliyeva deyir.

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər