12.03.2025, 12:57
AZ EN
11.02.2025, 09:07 138

Şuşa məktəbliləri ilə maarifləndirici tədbirlər keçirilib

XƏBƏRLƏR
  • Şuşa məktəbliləri ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa rayonu üzrə ümumtəhsil məktəblərin pedoqoji heyəti, valideyn və şagirdlər, məktəblərin psixoloqları iştirak edib.

Çıxış edənlər tədbirin keçirilməsində məqsədin erkən yaşda, eləcə də qohumlar arasında bağlanmış nikahların fəsadlarının ictimaiyyətə çatdırılması və yetişməkdə olan gənc nəsli bu haqda maarifləndirməkdən ibarət olduğunu vurğulamış, erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyini bildirərək, bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişlər. Erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu, erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bu səbəbdən gələcəkdə ailədaxili zorakılıq hallarının artması ilə nəticələndiyini bildirmişlər. Vurğulanmışdır ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Bu neqativ halın bizim ölkədən də yan keçmədiyi və bunun fəsadları barədə insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər və məlumat vərəqələri paylanılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər