Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib.
Müzakirələrdə İcmanın sədri, deputat Əziz Ələkbərli, İcma sədrinin müavini, deputat professor Hikmət Babaoğlu, İcmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, professor, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi çöbəsinin müdiri Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli iştirak və çıxış ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat professor Hikmət Babaoğluya tapşırılıb. (AZƏRTAC)