Qələbə qazandıran silahlarımız...
Vətən müharibəsi dövründə müşahidə, nəzarət, artilleriya atəşinin və “Gəzən sursat”ın idarə olunmasında əsasən “Orbiter” PUA-larından istifadə edilib. “Orbiter” kompozit materialdan hazırlandığı üçün radarların onu tutması çətindir. Eləcə də yerli istehsal olan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləyərək ona zərbə endirirdi. “Aerostar” taktiki PUA-lar isə çoxfunksiyalı PUA-lar sinfinə daxildir. 25 kilometr məsafədən fədəfi görə bilir.
44 günlük Vətən müharibəsi dövründə yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” PUA-larının istehsalına başlanıldı. Bəs, bu PUA-ları hazırlayan qəhrəmanlar kimlərdir?
Azərbaycanın Müdafiə Sənayesinin dünəni, bu günü və gələcəyi
Müdafiə Sənayesi Nazirliyi daima ordumuzun silahlanmasında atıcı silah və sursatlarla, snayper tüfəngləri ilə yanaşı, pilotsuz uçuş aparatları ilə təmin edilir. PUA-lardan istifadə edərək yüksək qəqiqliklə düşmənin çox vacib hədəflərinin məhv edildiyi məlumatı verildi. Həmin vaxt bu pilotsuz uçuş aparatlarına “İti qovan” deyilmirdi.
Prezident İlham Əliyev: “Biz göstərdik, kim-kimdir. İti qovan kimi qovduq onları.
-İti qovan kimi Azərbaycan əsgəri onları qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır”.
Növbəti gün Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytında “İti qovan” adlı, yeni modelli, Zərbə tipli, Döyüş başlıqlı PUA-ların seriyalı istehsalına başlanıldığı elan edildi. Tələb olunan qədər ordumuzu təmin etdik. Müdafiə Sənayesi Nazirliyində istehsal olunan pilotsuz uçuş aparatları günün 24 saartı havada oldu. Düşmənin bütün hərəkətləri, yerdəyişmələri barədə ordumuzu məlumatlandırdıq. Döyüş gedən yerlərdən əlavə işğal altında olan bütün ərazilərimizdən, hətta Ermənistan ərazisindən keçən bütün texnikaları nəzarətə götürdü. Cəbhə bölgəsinə yaxın ərazilərdə təmir-bərpa işləri ilə məşğul olmaq üçün təmir briqadaları təşkil edib PUA-ların və hərbi texnikaların təmiri ilə məşğul olur, cəbhə bölgəsinə göndərirdik. Müdafiə Sənayemizin inkişafında, Azərbaycan silahının istehsalında qadınlarımız çox fəaldır.
Müdafiə Sənayesi Nazirliyinin mühəndisi:
-Vətən müharibəsi başlayan müddətdə müəssisəmiz üçnövbəli iş rejiminə keçdi. Müəssisədə hər bir işçi müsəlləh əsgərə çevrilmişdi. Hamısı öz iş yerlərində böyük fədakarlıq göstərərək məhsuldarlığı artırırdılar. Biz qələbələri əldə etmək üçün arxa cəbhədə çalışan bütün analar, bacılar hamımız hər gün cəbhədən olan xəbərləri gözləyirdik. Hər birimiz onların aldığı nəfəslə nəfəs alırdıq. Silah-sursat, hətta adicə gülləni istehsal edərkən biz onlara bir ana, bir bacı, bir həyat yoldaşı kimi sanki nəfəs verirdik, əsgərlərimizin qalib olması üçün , müzəffər olması üçün, düşmənə diz çökdürsün deyə...
Ümumiyyətlə,Vətən müharibəsi dövründə Azərbaycan ordusu PUA-larla yanaşı milli sənayenin istehsalı olan silah-sursatdan geniş istifadə edib. Vətən müharibəsində Azərbaycan istehsalı olan hücum və universal pulemyotlar özünü sübut etdikdən sonra bir çox xarici dövlətlər bu silahları almaqda daha da maraqlı olublar. Piyada əleyhinə “Revolver” tipli qumbaraatanda kalibri 40 mm olan kumulyativ, tüstü və işıqsaçan qumbaralardan istifadə edilib. Vətən müharibəsində bu silahlardan Xüsusi Təyinatlı Qüvvələrimiz istifadə edib.
Azərbaycan yeni “Az 7.62” avrtomatları istehsal edir. “Matador” zirehli transportyoru tank əleyhinə minaya düşsə də, şəxsi heyət salamat qalır. “Matador” Vətən müharibəsi zamanı etibarlı maşın kimi özünü doğruldub. “Marauder” isə sürətli və manevrlidir. Müharibə dövründə bu zirfehli maşın xüsusi təyinatlıları da daşıyırdı. “Gürzə” avtomobillərinin bazasında reaktiv minaatanlar, pulemyotlar və başqa silahlar yerləşdirmək olur. “Tufan” zirehli avtomoibilləri daha çox kəşfiyyat -diversiya əməliyyatı üçün nəzərdə tutulub. Pulemyotla silahlana bilən “Tufan” manevr və sürətli hesabına atəş altından cəld çıxa bilir. “Zəfər” sinfinə aid olan tapançalar, “Yalquzaq” snayper tüfəngi, “Mübariz” snayper tüfəngi, “İstiqlal” snayper tüfəngi Azərbaycan brendi olan bu snayper tüfəngi dünyada çox məşhurdur. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir.
Müdafiə Sənayesi Nazirliyinin şəhidləri və və müharibə qəhrəmanları
44 günlük Vətən müharibəsi dövründə Müdafiə Sənayesinin əməkdaşları təkcə zavodda dəzgah arxasında deyildi, həm də səngərdə silaha sarılaraq düşmənlə üz-üzə döyüşürdülər.
Özünün istehsal etdiyi silahlarla düşməni məğlub edərək şəhid olan qəhrəmanlar...
Qəzənfər Ağayev, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı:
-Müdafiə Sənayesi Nazirliyi Birinci Qarabağ müharibəsində də fəal şəkildə iştirak edib. Nazirliyin əməkdaşlarından 29 nəfər şəhid olub.
Hazırda Müdafiə Sənayesi Nazirliyində xidmətlərini davam etdirirlər.
Baş leytenant Qəzənfər Ağayev Vətən müharibəsində Murovdağın, Suqovuşanın və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşklərdə savaşıb.
O bildirib ki, Ordu sıralarından xəstəliyinə görə təxris olunduqdan sonar Müdafiə Sənayesi Nazirliyində dövlət qulluğunda xidmətini davam etdirir.
Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən müharibəsi qəhrəmanı”, fəxri adına, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
44 günlük Vətən müharibəsində Müdafiə Sənayesi Nazirliyinin tabeli struktur və bölmələrində olan 72 əməkdaşı könüllü olaraq ordu sıralarına daxil olmuş və cəbhəyə yollanmışdır. Həmin 72 döyüşçüdən 3-ü qəhrəmancasına şəhid olub. Şəhid Nicat Hüseynov Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxaran nicat Hüseynov oktyabrın 7-də daha bir döyüş yoldaşını xilas edərkən şəhidlik zirvəsinə ucalıb.
Şəhid Ağa Əli Hümbətov döyüş yoldaşlarına deyirmiş ki, bu silahları biz istehsal edirik, bu silahlarla ancaq qalib olmalıyıq.... O, oktyabrın 16-da Goranboy-Tərtər istiqamətində gedən çətin döyüşdə şəhidlik mərtəbəsində ucalıb.
Şəhid Nurlan Zeynalov baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birində tağım komandiri təyin olunmuşdu. Şuşa döyüşlərində ağır yaralansa da, yenidən cəbhəyə yollanır. 9 noyabrda Şuşa-Xankəndi yolunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bu haqq savaşında “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi altında vahid bir yumruq kimi birləşən xalqımızın qürurundan və əzmindən daha da ilhamlanaraq torpaqlarımızın işğaldan azad olunması naminə Zəfər yolunda göz qırpmadan canlarını qurban vermiş qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacağıq..
Keçmişdən bu günə
Azərbaycan Müdafə Sənayesi 1970-80-ci illərdə formalaşmağa başlayıb. Ümmmilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi döğvründə - 1970-82-ci illərdə Bakıda “Azon” zavodu, elektron hesablama maşınları zavodu, eləcə də, Mingəçevir, Şirvan və digər şəhərlərdə Müdafiə təyinatlı müəssisələr fəaliyyətə başlayıb. Həmin dövr Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunub. 1990-cı illərdə mstəqilliyin yeni bərpa etmiş Azərbaycan çətin sınaqlarla üz-üzə idi. Azərbaycan iğal altında olan torpaqlarını azad etmək üçün özünü silahla təmin edə bilməli, Müdafiə Sənayesini formalaşdırmalı idi. 2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək, bu sahədə kənar asılılığı azaltmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev Müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramını təsdiqlədi. 2005-ci ildə Prezident İlham Əliyev sərəncam verir ki, dövlət xüsusi maşınqayırma və konvensiya komitəsi ləğv edilsin və onun bazasında Müdafiə Sənaye Nazirliyi yaradılsın. Məqsəd ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan azaaldılması idi və buna nail olundu.
2016-cı ilin aprel hadisələri zamanı müəssisələr fasiləsiz iş rejiminə keçdi və döyüşlər zamanı PUS-lar qısa müddətdə təmr edilərək yenidən döyüş zonasına göndərilirdi. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu əsas vəzifələrindən biri də, 20-30 il sonrakı dövr üçün innovativ silah və döyüş texnikasının, digər texnologiyaların işlənib hazırlanması idi.
44 günlük Vətən müharibəsində milli silahlımız olan silahlar qələbəmizdə mühüm rol oynadı.
Qeyd edək ki, 2014-cü ildə Beynəlxalq müdafiə Sənayesi regionda ilk dəfə Azərbaycanda təşkil edilib.
Adex 2016 və 2018-ci ilərdə də böyük uğurlar keçirilib.
2022-ci ildə isə Adex artıq 4-cü dəfə Bakıda keçirildi. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna roil oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilib. Nazirlik bu illər ərzində müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və partronlar, yaxın məsafəli döyüş vasitələri, minaaxtranlar, 60-120 mm çaplı minaatanlar və digər silah-sursatları istehsal edib. Hazırda yeni “Qırğı” kamikadze, “Simuruq” döyüş və “Qartal” bombaatan dronları hazırlanır.
Azərbaycan Müdafiə təyinatlı məhsullarının xarici bazarılara sıxarılmasına önəm verən nazirlik müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə, silah və hərbi-xüsusi texnika sərgilərində mütəmadi iştirak edir. İstanbulda “ “İDED-2021”, Əbu-Dabidə “İDEX-2021”, İordaniyada “SOVEX-2022”, İstanbulda “Saha Expo-2022” və digər sərgilərdə təmsil olunur.
Müasir biliklərə və bacarıqlara malik kadr potensialının yaradılması da vacib məsələlərdəndir. Buna görə də Nazrlik istehsalın inkişafı və kadr hazırlığına diqqəti daha da artırır. Biz bundan sonra da Müzəffər Ali Baş Komandanın Azərbaycanın qüdrətlənməsi, ordumuzun daha da güclənməsi istiqamətində apardlığı uğurlu siyasətində ən yaxın silahdaşları olacağıq. Bundan sonra da Azərbaycan Respublikasının Prezindeti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dəmir yumruğu ətrafında sız birləşib torpaqlarımızın müdafiəsi uğrunda öz canımızı göz qırpmadan fəda etməyə daim hazırıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ