Şəhid Rövşən Qaçay oğlu Həsənov 1958-ci ildə Xocalıda anadan olub, burada orta təhsil alıb, sonra Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Heft Akademiyası) Energetika fakültəsini bitirib. Xocalı işğal olunana qədər rayon Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyib.
Rövşən Həsənovun 3 övladı yadigar qalıb. Tədbirdə çıxış edən qızı Nigar deyib: “Atam vətəninə, torpağına çox bağlı insan olub. 20 Yanvar faciəsi ona çox ağır təsir edibmiş… O, Xocalıda “20 yanvar” faciəsi qurbanlarına abidə qoyulmasının təşəbbüskarı olub. Xocalıda ilk dəfə atam üçrəngli bayrağımızı asdırıb”.
Nigar Birinci Qarabağ müharibəsində Xocalı özünümüdafiə batalyonunun komandiri olan atası haqqında söhbətini belə davam etdirir: “Xocalının özünümüdafiə dəstəsinin silahlanmasında atamın əməyi böyükdür. Özü sərrat plemyotçu olub. 26 fevral 1992-ci ildə erməni işğalçılara qarşı son nəfəsinə qədər vuruşub və Xocalını tərk etməyib. 200 nəfər qadın və uşağın rayondan çıxarılmasında iştirak edib və həmin vaxt əsir düşüb. Hadisə şahidlərinin dediyinə görə, atam faciəli sürətdə şəhid olub. Ermənilər onu amansız şəkildə qətlə yetiriblər. Təsəllimiz üçün məzarı belə yoxdur. Bakıda Xocalı soyqırımı abidəsində faciə qurbanları arasında atamın da adı qeyd olunub. Məzarı olmadığı üçün tək təsəllimiz “Ana fəryadı” abidəsində onun adı yazılan bu daşdır”.
Rövşən Həsənovun qəhrəmanlığı 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qiymətləndirilib. Şəhid komandirin təltif olunduğu “Azərbaycan Bayrağı” ordenini Ulu Öndər Heydər Əliyev onun həyat yoldaşı Almas Məmmədovaya şəxsən təqdim edib.
Tədbirdə Almas xanım da çıxış edib. O, Rövşən Həsənovun elinə, obasına, torpağına bağlı olduğunu vurğulayaraq deyib: “Müharibə vaxtı deyirdi ki, heç vaxt Xocalını qoyub getmərəm. Elə dediyi kimi də etdi. Axıra kimi Xocalıda qaldı. Erməni cəlladları ona işgəncələr verərək qətlə yetiriblər. Hadisə şahidlərindən “Qobu Park”da yaşayanlar da var. Rövşənə verilən işgəncələrdən danışılanda qanım dondu, 3 gecə yata bilmədim. Xocalı faciəsində yaxınlarımızı, qohumlarımızı itirmişik. Bu yara heç vaxt sağalmayacaq. Çünki ermənilər mənim qohumlarıma qəddarcasına işgəncələr veriblər. Elə ailələr var ki, yer üzündən tamamilə silinib, elə qohum-əqrabalarımız var ki, onların başı qəbirstanlıqda kəsilib. Ermənilərdən qisasımızı Vətən müharibəsində aldıq. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalıda da tezliklə şəhidlərimizin xatirəsini yad edəcəyimizə inanıram”.
Tədbirdə şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Fevralın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park - 1” yaşayış kompleksində Xocalı soyqırımının 30-cu ildönümü dərin hüznlə qeyd olunub. Şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub. Tədbir yaşayış kompleksindəki abidə-bulağın qarşısında keçirilib. Abidə üzərində müxtəlif vaxtlarda torpaqlarımızın azadlığı uğrunda canından keçən iki şəhid komandirin – general Polad Həşimovun və Xocalı soyqırımının qurban olan Rövşən Həsənovun mərmərdən xatirə lövhələri vurulub.

Orxan ASLAN