19.10.2024, 07:52
AZ EN
04.08.2023, 13:50 298

Laçında ilk kitab təqdimatı keçiriləcək

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın mədəniyyət tarixində əlamətdar bir gündür. Böyük qayıdışdan sonra Laçında ilk kitab təqdimatı keçiriləcək. 

Belə ki, Laçın sakini, tanınmış şair İlham Qəhrəman avqustun 5-də yeni kitabının təqdimatı ilə doğma laçınlılarla görüşəcək. Bu barədə İlham Qəhrəman sosial şəbəkə hesabında məlumat verib. “Ədəbi-bədii görüşlərdə, kitab təqdimatlarında dostlar həmişə belə bir alqış eləyirdilər: O gün olsun Laçında görüşək, Laçında təqdimatınız olsun! Arzular çin olur. Avqustun 4-ü həmin günlərin ilkidi mənim üçün. Avqustun 5-də axşam saat 8-də yenicə Laçına köçmüş sakinlərlə görüşümüz olacaq. Əməkdar artist Ehtiram Hüseynov, Aşıq Sahil (saz), Rauf İslamovla (kamança) bir yerdə çıxış edəcəyik. Allahın bu gününə şükür! Ürəyim fərəhlə doludur.

Laçında olan hər kəsi dəvət edirəm! Kitablardan ərməğanımız da olacaq.”

Mina RƏŞİD

Oxşar xəbərlər