20.09.2024, 00:14
AZ EN
11.12.2022, 10:30 308

Ağdamda şəhidinin ailəsi üçün fərdi yaşayış evi tikilib

XƏBƏRLƏR
  • Dekabrın 10-da  Ağdam rayonunun Çəmənli kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Emil Qurbanovun ailəsi üçün tikilmiş 2 otaqlı fərdi yaşayış evinin açılış mərasimi baş tutub. Şəhidin doğum günündə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, rayon icra hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. O, 44 günlük Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhid ailəsi üçün ev rayon icra hakimiyyəti tərəfindən inşa edilib.

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR