25.04.2025, 20:28
AZ EN
19.11.2024, 14:15 247

Şuşadan sonra Ağdamda da...

XƏBƏRLƏR
  • Yaxın iki həftə ərzində Ağdamda elektrik avtomobilləri üçün enerjidoldurma cihazları quraşdırılacaq.

"Vətən səsi" xəbər verir ki, bunu "Charge.az" şirkətinin əməliyyatlar üzrə direktoru Nicat Əbdülməcid deyib. Onun sözlərinə görə, ilkin mərhələdə Ağdamda iki ədəd cihazın quraşdırılması nəzərdə tutulur: "İşğaldan azad olunmuş ərazilərdə belə bir layihə başa çatıb və hazırda Şuşa şəhərində quraşdırılmış enerjidoldurma cihazları xidmət göstərir. Ümumilikdə ölkənin bir çox rayonlarını əhatə etmək niyyətindəyik ki, bu, sürücülər üçün müsbət bir stimul olsun və onlar yaşıl enerjiyə keçid etsinlər".

Elxan SALAHOV

Oxşar xəbərlər