Bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva məlumat verib.
O bildirib ki, monitorinq zamanı aşkarlanan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib.
"Monitorinq 1 aylıq dövrü əhatə edib. Monitorinqlər "Azərbaycan müəllimi", "Yeni Azərbaycan", "Mədəniyyət", "Səs", "Şərq", "Tibb", "Elm" qəzetlərində aparılıb. Aşkar edilmiş nöqsanlar daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunub" - deyə o qeyd edib. (APA)