23.11.2024, 00:36
AZ EN
22.11.2022, 09:32 347

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramıdır. Bu peşə bayramı Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noybr atarixli fərmanına əsasən qeyd edilir. Bayramın qeyd edildiyi tarix heç də təsadüfi seçilməyib: 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti AXC Ədliyyə Nazirliyi haqqında Əsasnaməni təsdiq edib.

Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb. Nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır. Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər.

Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, fəaliyyətdə şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub. Dövlət başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır.

Mina RƏŞİD

Oxşar xəbərlər