Qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).
TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.
Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) də iştirakı gözlənilir. (AZƏRTAC)