Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaxın vaxtlarda həmin Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib.
İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı və agentliyin digər fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. (AZƏRTAC)