22.11.2024, 19:02
AZ EN
16.04.2022, 07:00 189

Qarabağ iqtisadi rayonunda ekoturizm imkanları müzakirə edilib

XƏBƏRLƏR

“Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq növbəti seminarı Ağcabədidə təşkil edib.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrinin hazırlanması” layihəsi haqqında məlumat verib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında müzəffər ordumuz 44 gün ərzində düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. İndi erməni vandalizminin qurbanı olmuş şəhər və kəndlərimizdə quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın təbiəti, səfalı yerləri ekoturizmin inkişafı baxımından əlverişli layihələrin həyata keçirilməsinə imkan verir. Qarabağın dağlıq hissəsi ilə yanaşı, aran bölgələrində də ekoturizmin inkişaf etdirilməsi mümkündür. Ağcabədi rayonunun ərazisindəki Ağgöl Milli Parkı bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

M.Muradlı “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” mövzusunun aktuallığını əsas götürməklə bölgədə ekoturizmin təşviqinə ehtiyac olduğunu nəzərə çatdırıb.

İctimai Birliyin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq, icra olunan layihə üzrə ekspert Xosrov Musayev ekoturizm anlayışı, terminin yaranması, ekoturizmin fərqliliyi barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ətraf mühitin qorunması və insan təsirinin mənfi fəsadlarının minimuma endirilməsi baxımından ən yaxşı tur növü ekoturizmdir.

Ekologiya Nazirliyi yanında İctimai Şuranın üzvü, Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin sədri Zaur Quliyev bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekoloji İnformasiya” İctimai Birliyinin “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsi aktual mövzu üzərində qurulub. Qarabağın yenidən abadlaşdırılması turizmin inkişafı baxımından yeni imkanların yaranması deməkdir. “Qarabağın dağlıq əraziləri ilə yanaşı, aran bölgələrində də böyük imkanlar var. Bu baxımdan Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən Ağgöl Milli Parkı ekoturizm üçün böyük əhəmiyyətə malikdir”, – deyən Zaur Quliyev turizmin təbliği və turistlərin bölgəyə cəlb olunması üçün təkliflərini irəli sürüb.

Tədbirdə iştirak edən gənclər Ağgöl Milli Parkında olmaq və buradakı ekoloji mühitlə tanış olmaq istədiklərini bildiriblər.

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev “Ekoloji İnformasiya” İctimai Birliyinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirib. (AZƏRTAC)

Oxşar xəbərlər