17.02.2026, 17:50
AZ EN
17.02.2026, 15:47 225

Bərdə rayonunda Kəlbəcər sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov Bərdə rayonu, Ağac Emalı Zavodunun ərazisi, Kəlbəcər rayon 41 nömrəli ümumi orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız şanlı qələbədən, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edələn “Böyük qayıdış” dövlət proqramından, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırıblar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Qəbulda iştirak edən Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov ona ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılacağını, qaldırılan məsələlərin səlahiyyətləri daxilində həllinə çalışacağını bildirib.

Mina RƏŞİD

Oxşar xəbərlər