20.10.2024, 16:56
AZ EN
11.09.2024, 14:12 234

Zəngilan sakinlərinin növbəti səyyar qəbulu Səbail rayonunda keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Səbail rayonunda məskunlaşan zəngilanlı sakinlərlə keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də aparılan abadlıq-quruculuq işlərindən danışıb və bütün bunların vətəndaşlarımızın rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərindən biri olduğunu qeyd edib.

Sonra vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət ediblər.

Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verilib.

Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər