10.10.2025, 22:02
AZ EN
10.10.2025, 14:48 112

İşğaldan azad olunmuş ərazilərdə daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlər üçün özünüməşğulluq proqramının icrasını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

“Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını qurub.(AZƏRTAC)

Oxşar xəbərlər