Bu sözləri noyabrın 16-da Bakıdan Laçın rayonunun Zabux kəndinə geri qayıdan Sevil Behbudova deyib.
“Zabuxda doğulub boya-başa çatmışam. Əfsuslar olsun ki, ermənilər bizə rahat yaşamağa imkan vermədilər. Amma şükür Allaha, bu gün həyat yoldaşımla doğma evimizə gedirik”, - deyən kənd sakini bağ-bağat işlərini sevdiyini, Zabuxda öz həyətində yeni ağaclar, güllər, çiçəklər əkib-becərəcəyini deyib. (AZƏRTAC)