Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda C qrupunun "Kəlbəcər" - "Laçın" oyunundan öncə deyib.
M.Abbaszadə bildirib ki, işğaldan azad olunmuş torpaqların adlarını daşıyan komandaların mübarizə apardığı yarışa qonaq kimi iştirak etmək sevindiricidir: "Bu gün "Kəlbəcər" və "Laçın" komandaları oynadılar. "Kəlbəcər" qalib gəldi, onları təbrik edirik".
Qeyd edək ki, görüş "Kəlbəcər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.