Bu sözləri Laçına köçən keçmiş məcburi köçkün Yasin Həsənov deyib.
O, qeyd edib ki, bir zamanlar doğma yurdundan məcburi köçkün düşüb: “Laçını tərk edəndə 11 yaşım vardı. Oranı yük maşınının qoşqusunda tərk etməyə məcbur olmuşduq. Novxanıda keçmiş pioner düşərgəsində məskunlaşmışdıq. Bu gün 43 yaşımda ora qayıdıram”.
“Şükür Allaha. Sevincimin həddi-hüdudu yoxdur. Bu hissi ancaq yaşayanlar duya bilər. Allah xalqımızı, Qarabağın işğaldan azad olunmasında xidməti olan bütün insanları var etsin”, - Y.Həsənov əlavə edib. (Report)