04.03.2026, 10:45
AZ EN
10.02.2026, 11:52 223

Bu gün akademik Rafiq Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün akademik Rafiq Əliyevin doğum günüdür.

Əliyev Rafiq Əziz oğlu 1942-ci il fevralın 10-da Ağdamın Novruzlu kəndində anadan olub. 1998-ci ildən bu günədək Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən isə bu universitetlərin BBA proqram direktorudur. “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidentidir.

Rafiq Əliyevin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində beynəlxalq elmi konfranslar keçirilir.

R. Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər