İlk öncə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, daha sonra dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayon statistika idarəsinin rəisi Ramil Salmanov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ramil Salmanov bu günün təsis edilməsində məqsədin statistikanın cəmiyyətin inkişafında rolunu vurğulamaq, rəsmi statistikanın etibarlılığını, peşəkarlığını və faydasını nümayiş etdirmək, statistika mədəniyyətini, şəffaflığını və məlumat mübadiləsini təşviq etmək olduğunu qeyd edib.
Milli statistika sisteminin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə statistika sahəsində yeni bir dövrün başlanmasına təkan verdiyini söyləyib.
Statistikanın qarşısında duran əsas vəzifələr kimi müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, metaməlumatların
işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırırıb.
YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov və digər çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi üç dövlət proqramı ilə Dövlət Statistika Komitəsinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Eyni zamanda vurğulanmışdır ki, rayon rəhbərliyinin idarəetmə prosesində, rayonun sosial-iqtisadi inkişaf prosesində statistik məlumatların obyektivliyinə və etibarlılığına xüsusi önəm verir və onların tətbiqini rayonda prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.
Hazırladı: Mina RƏŞİD