24.06.2025, 04:10
AZ EN
13.01.2023, 14:46 328

Laçın şəhərində mina təmizləmə işləri həyata keçirilir

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə aşkar olunan minalar Ermənistan tərəfindən müharibədən sonrakı dövrlərdə istehsal olunub. İndiyə kimi Laçında 1400-dən artıq mina aşkarlanıb. Bu isə beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın pozulması faktını təsdiqləyir. Azərbaycan isə fərqli məqsəddədir. Belə ki,  Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, Böyük Qayıdışa təhlükəsiz yol açmaq.

Qeyd edək ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdən üçtərəfli bəyanatın 4-cü maddəsinə zidd olaraq qanunsuz hərbi fəaliyyətini davam etdirir və bununla yanaşı qüvvələrini Azərbaycan ərazisindən tam şəkildə çıxarmır. Eyni zamanda bizim ərazilərdə  piyada və tank əleyhinə  minaların basdırılması  prosesi davam etdirilir. Hazırda Laçın rayonu ərazisində  bir xeyli piyadalar əleyhinə minalar aşkar olunub ki, hazırda onları hərbi mühəndis-istehkam bölmələri komandirlərinin müvafiq əmrlərlərinə əsasən təmizlənməsi prosesi gedir. Müharibə başa çatsa da, hərbi qarşıdurmanın əsas elementlərindən  biri olan mina problemi təəssüf ki, günümüzə qədər qalmaqda davam edir. Ermənistan tərəfindən Laçın rayonu ərazisində basdırılan  1400-dən çox yeni mina aşkar edib. Bu minalar isə müharibədən sonra, 2021-ci ildə basdırılıb.  

Mina təmizləyən mütəxəsislər bildirir ki, torpağa basdırılan görünməz düşməni aşkar etmək üçün mina dedektorundan istifadə olunur. Həmin dedektorlar minanın  metal hissəsinə qayıdan elektromaqnit siqnalı aşkar edərək basdırılmış  minanın yerini müəyyən edir. Metal gövdəndən fərqli olaraq, müasir  piyada əleyhinə minaların əksəriyyəti  plastik materiallardan hazırlanır. Tərkibində metal hissələrinin ölçüsü isə  kiçik olur. Minalanmış sahələrə səpələnmiş qəlpə, giliz işlənmiş güllə və  mərmi qalıqları minaların metal dedektorla aşkarlanmasını xeyli əngələyir.

Qanunsuz erməni birləşmələri həm piyada, həm də tank əleyhinə minaları nizamsız şəgilkdə lazımi yüksəkliklərdə əhəmiyyətli və strateji ərazilərdə yerləşdirirlər. Bu məkrli siyasətin nəticəsi olaraq azad olunmuş torpaqlarımızda ölən və yaralananların statistikası artmaqda davam edir. Bununla yanaşı Ermənistanın  təqdim etdiyi mina xəritələrinin dəqiqlik faizi çox aşağı olduğundan  ərazilərin görünməz düşməndən təmizlənməsi prosesi mürəkkəbləşir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər