Bu sözləri Laçın sakini Rövşən Əliyev söyləyib.
O deyib: “30 il Laçın həsrəti ilə yaşasaq da, ümidimiz itmədi, doğma yurdumuza qayıdacağımız günü gözlədik. İndi dədə-baba yurdumuzda məskunlaşmışıq. Bu torpaqlar həm də and yerimizdir, hər qarışı şəhid qanı ilə yuyulub. Laçınımız yenidən laçın çağlarına qayıdır. Bura qayıdandan sonra bir çox bayramlarımızı, o cümlədən Laçın Şəhəri Gününü də qeyd etmişik. Prezident seçkilərini də elə bayram əhvali-ruhiyyəsində keçirəcəyik. Laçın sakini kimi doğma yurdumda səsvermədə iştirak edəcəyim üçün çox sevincliyəm. Ailədə 7 nəfərik, hər birimiz də səsvermədə iştirak edəcəyik. İlk dəfə səsvermədə iştirak edəcək nəvəmlə birlikdə Laçında ən layiqli namizədə səs verəcəyəm”. (AZƏRTAC)